Rusiyanın "Spartak" və "Lokomotiv" klublarının sabiq futbolçusu Muxsin Muxamadiev 59 yaşında dünyasını dəyişib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə TASS-a mərhumun həyat yoldaşı Mohira Muxamadieva məlumat verib.
Qeyd edək ki, Muxamadiev 2025-ci ilin noyabr ayında ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.
Futbolçu karyerası ərzində Tacikistanın "Pamir", Türkiyənin "Ankaragücü", Nijni Novqorodun "Lokomotiv", Avstriyanın "Austria", Moskvanın "Torpedo", Özbəkistanın "Səmərqənd" və digər klublarda çıxış edib.
Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra o, Podolskun "Vityaz" klubunda, Tacikistan milli komandasında, "İstiklol"da və digər kollektivlərdə məşqçi kimi çalışıb. Bundan əlavə, Kazanın "Rubin" klubunda idman direktoru vəzifəsini də icra edib.











































































