Almaniyanın “Bavariya” klubu məşqçi Daniel Fredli ilə müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytında xəbər verib ki, daha əvvəl İngiltərə təmsilçisi "Mançester Siti"də Xosep Qvardiolanın köməkçi-məşqçisi kimi çalışmış Fredli indi Vensan Kompaninin köməkçisi kimi Münhendə işləyəcək.
Qeyd edək ki, “Bavariya” 2025/2026 mövsümündə Bundesliqada inamlı liderdir. Münhen təmsilçisi 15 oyundan 41 xal toplayıb və ikinci pillədə olan Dortmund “Borussiya”sından 9 xal öndədir.














































































