Ukraynanın “Polesye” klubu əsas heyətə düşməyən azərbaycanlı futbolçusu Emil Mustafayevi "Sumqayıt"a icarəyə verməyi planlaşdırır.
Sportnet.az "TaToTake"yə istinadən xəbər verir ki, klub rəhbərliyi 25 yaşlı yarımmüdafiəçinin müntəzəm oyun təcrübəsi qazanmasını məqsədəuyğun sayır.
Mustafayev baş məşqçi Ruslan Rotanın hazırkı planlarında əsas seçimlərdən biri deyil.
Xatırladaq ki, Emil Mustafayev mövsümün əvvəllərində "Sumqayıt"la müqavilə bağlasa da, hərbi vəziyyətlə əlaqədar Ukraynadan çıxa bilməyib. Bu səbəbdən, Azərbaycan millisinin üzvü ilə sözləşmə, müvafiq bəndə əsasən, ləğv olunub.














































































