İngiltərənin “Vest Hem” klubu qış transfer pəncərəsində ilk transferini açıqlayıb.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Portuqaliyanın “Jil Visente” klubunda çıxış edən 22 yaşlı braziliyalı hücumçu Pablo Felipe ilə 4,5 illik müqavilə bağlanılıb.
Pablo Felipeni baş məşqçi Nunu Eşpiritu Santu komandanın əsas transfer hədəfi kimi müəyyənləşdirib. Futbolçu ilə anlaşmada daha 1 mövsüm uzatma opsiyası da yer alır.
Transferin məbləği 23 milyon avro təşkil edib. "Sambaçı" yeni klubunda 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Pablo Felipe 2025/2026 mövsümünün ilk yarısında Portuqaliya çempionatında 12 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. “Jil Visente” klubu onu 2025-ci ilin iyulunda “Famalikan”dan 250 min avroya transfer etmişdi.














































































