İngiltərə Premyer Liqasında XX turun “Mançester Siti” – “Çelsi” matçı heç-heçə ilə yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, Mançesterdəki “Etihad” stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Baş hakim Maykl Oliverin idarə etdiyi oyunda hesabı 42-ci dəqiqədə “şəhərlilər”in futbolçusu Tejani Reynders açıb. “Çelsi”nin bərabərlik qolunu isə oyunun son anlarında – 90+4-cü dəqiqədə Enso Fernandes vurub.
Bu nəticədən sonra “Mançester Siti” 42 xalla Premyer Liqa turnir cədvəlində ikinci pillədə yer alıb. “Çelsi” isə 31 xalla beşinci sıradadır.
Növbəti turda “Mançester Siti” 7 yanvar tarixində “Brayton end Houv Albion”u, “Çelsi” isə həmin gün “Fulhem”i qəbul edəcək.
Qeyd edək ki, bu, Entso Mareskanın qovulmasından sonra "Çelsi"nin ilk oyunu olub.














































































