“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fikizi hazırlıq üzrə köməkçi-məşqçi Rikkardo De Vivo olacaq.
UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Gürcüstan təmsilçisi “Dinamo Tbilisi” olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib.
Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.














































































