“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.
Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Seydina Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.










































































