"İmişli" komandası mövsümün ikinci yarısı üçün hazırlıqlarını bərpa edib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qış təlim-məşq toplanışı yanvarın 17-dək paytaxt Bakıda olacaq.
İlk məşqdə icazəli olduqları üçün qanalı yarımmüdafiəçi Yau Mozes və serbiyalı orta sahə oyunçusu Nikola Karaklaiç iştirak etməyib. Hər iki legioner bugünkü məşqə qatılacaq.
Hazırlıq prosesi ərzində 2 yoxlama matçı nəzərdə tutulub. Hələlik rəqiblərin adlarına aydınlıq gəlməyib.
Qeyd edək ki, "İmişli" qış fasiləsindən sonra ilk matçını yanvarın 23-də keçirəcək. Azərbaycan Premyer Liqasının XVII tur matçına təsadüf edəcək görüşdə rəqib "Araz-Naxçıvan" olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 14:30-da başlanacaq.









































































