Azərbaycan I Liqasında çıxış edən “Səbail”in qış hazırlıq planı məlum olub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın 6-da başlayacaq.
Məşqlər “ASCO Arena”da keçiriləcək. Hazırlıq mərhələsi ərziində “Səbail” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Yoxlama oyunlarındakı rəqiblər hələlik bəlli deyil.








































































