“Neftçi” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə qış təlim-məşq toplanışına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri ilk məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Məşqə Afrika Millətlər Kubokunda çıxışını başa vurmuş Benin millisinin futbolçusu Sessi D`Almeyda da qatılıb.
Növbəti məşq bu axşam baş tutacaq.
Qeyd edək ki, “Neftçi” Əbu Dabidə 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da “Kayrat” (Qazaxıstan), yanvarın 13-də “Piramids” (Misir), yanvarın 16-da “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.

















































































