Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin son oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Əlcəzair əlavə vaxtda Konqo Demokratik Respublikasını 1:0 hesabı ilə məğlub edib, Kot‑D’İvuar isə Burkina‑Faso yığmasını darmadağın edib - 3:0.
Beləliklə, bütün 1/4 final iştirakçıları müəyyənləşib:
Mali — Seneqal
Kamerun — Mərakeş
Əlcəzair — Nigeriya
Misir — Kot‑D’İvuar
1/4 final oyunları 9-10 yanvarda, yarımfinallar 14 yanvarda keçiriləcək. Afrika Millətlər Kubokunun qalibi isə yanvarın 18-də keçiriləcək final oyununda müəyyənləşəcək.











































































