Bakıda Azərbaycan millisi ilə yoldaşlıq görüşləri keçirəcək Danimarka yığmasının heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib.
Bunlar Tobias Venq, Ruben Vinter, Mikkel Foged, Mohammed Yussef, Mads Falk, Tim Vize, Emil Skott, Nikolay Yagerqaad, Vilyam Rams, Zlatan Heniç, Oliver Borstinq, Vilyam Qantzhorn, Niklas Fuxs-Kristiansen, Kornelius Ambek-Norqaarddır.
Qeyd edək ki, oyunlar yanvarın 22-də və 24-də Bakı İdman Sarayında təşkil olunacaq.
.














































































