Türkiyə Super Kubokunda "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək final matçının baş hakimi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanı Halil Umut Meler idarə edəcək.
Ona İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara yan xətt, Ozan Ergün dördüncü hakim qismində yardımçı olacaq.
Yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.















































































