"Neftçi" və Qazaxıstan "Kayrat"ı arasındakı yoldaşlıq görüşünün canlı yayımlanmamasının səbəbi müəyyənləşib.
Bu barədə Sportnet.az-a "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı açıqlama verib.
Onun sözlərinə görə, canlı yayım hər iki komandanın baş məşqçisinin istəyi ilə gerçəkləşməyib.
Qeyd edək ki, görüş "Neftçi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.















































































