İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini təmsil edən “Əl-İttifaq”da davam etdirəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalandığını açıqlayıb.
Balotelli karyerasında ilk dəfə Avropadan kənarda çıxış edəcək. Hücumçu 2025-ci ilin yayında “Cenoa”dan ayrılmışdı.
İtaliyalı forvard daha əvvəl İtaliyanın “İnter”, “Milan” və “Montsa”, İngiltərənin “Liverpul” və “Mançester Siti”, Fransanın “Nitsa” və “Marsel”, İsveçrənin “Syon”, Türkiyənin “Adana Demirspor” klublarının formasını geyinib.
Balotelli 3 dəfə İtaliya çempionu, Çempionlar Liqasının qalibi (“İnter”) olub. O, həmçinin “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını qazanıb.
















































































