"Sumqayıt" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ikinci yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Serbiya təmsilçisi “OFK Belqrad” olub.
Görüş "Sumqayıt"ın böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 1:4.
Baş məşqçi Saşa İliçin komandasından Aleksandr Ramalinqom 5-ci dəqiqədə hesabı açsa da, onun həmyerliləri sonradan geridönüş edərək, 4 qol vurub.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan "Pakş"ına yenilib - 1:5.














































































