"Zirə" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Rumıniyanın "Çiskereda" komandası ilə üz-üzə gəlib.
Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
"Qartallar"ın ilk qolunu Namik Ələskərov 10-cu dəqiqədə vurub. Rövlan Muradov isə həm 17-ci, həm də 45-ci dəqiqədə penaltidən fərqlənərək, dubl edib.
"Zirə"nin start heyəti: 13. Aydın Bayramov, 6. Eldar Quliyev, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 25. Enrike Kustadio, 26. Stefan Aka (K), 29. Ceyhun Nuriyev, 33. Əkbər Eyyubov, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski
Oyuna sonradan daxil olanlar: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 17. Ayron Qomis, 20. İssa Cibriella, 28. Leroy Mikels, 32. Qismət Alıyev, 48. Ramiz Muradov, 93. Brahim Konate
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə qarşılaşacaq.











































































