"Karvan-Yevlax" müqavilə ilə "Sabah"a məxsus olan futbolçu Rauf Rüstəmlini heyətinə qatıb.
Yevlax təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.













































































