Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start veriblər.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilk gündə əsas diqqət fiziki hazırlığın artırılmasına yönəldilib.
Paylaşılan fotolarda FIFA referisi Əliyar Ağayev və çimərlik futbolu üzrə keçmiş FIFA referisi İnqilab Məmmədovun olmaması diqqət çəkib.






















































































