İranda baş verən etiraz aksiyaları zamanı idman ictimaiyyətinin üç üzvü öldürülüb.
Sportnet.az Hengaw nəşrinə istinadən xəbər verir ki, sabiq futbolçu Moştəba Torşiz, gənc basketbolçu Əhməd Xosrəvani və futbol məşqçisi Mehdi Ləvasani güllə yarasından həyatını itirib.
Faciə yanvarın 8-də axşam saatlarında paytaxt Tehranda baş verib. İki yaşlı uşağın atası olan Mehdi Ləvasani kürəyindən açılan atəş nəticəsində hadisə yerində dünyasını dəyişib.
21 yaşlı Əhməd Xosrəvani Şərif Texnologiya Universitetində təhsil alıb və "Farzan Şemiran" klubunun 3x3 basketbol komandasında çıxış edib.
Moştəba Torşiz isə karyerası ərzində İranın bir sıra futbol klublarında – “Nassaji Mazandaran”, “Traktor”, “Fəcr Sepasi” və “Mes Kerman” komandalarında forma geyinib.
Mehdi Ləvasani isə vaxtilə İran millisinin heyətində 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında çıxış edib.













































































