Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.
Yanvarın 18-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq oyun saat 13:00-da start götürəcək.












































































