Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Ukrayna "Aleksandriya"sı olub.
Görüş "Aleksandriya"nın qələbəsi ilə yekunlaşıb - 3:2.
"Zirə"nin qollarını Yeqor Boqomolski 29-cu, Ceyhun Nuriyev 54-cü dəqiqədə vurub.
Xatırladaq ki, Azərbaycan təmsilçisi daha əvvəl Rumıniya "Çiskereda"sı ilə məhsuldar heç-heçə edib - 3:3.












































































