UEFA Konfrans Liqasında 2025/2026 mövsümü üzrə pley-off mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Samsunspor"a Şimali Makedoniya "Şkendiya"sı rəqib olub.
Ümumi mərhələnin ilk 8 pilləsində qərarlaşan komandalar birbaşa 1/8 finala vəsiqə qazanıblar. 9 – 24-cü yerləri tutan kollektivlər isə səkkiz ən güclü komanda sırasına düşmək üçün iki oyundan ibarət pley-off matçları keçirəcəklər.
"Samsunspor" ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcək. Qalib komanda 1/8 finala yüksələcək.
Püşkatmanın nəticələri:
"KuPS Kuopio" (Finlandiya) — "Lex Poznan" (Polşa)
"Zrinski" (Bosniya və Herseqovina) — "Kristal Pelas" (İngiltərə)
"Şkendiya" (Şimali Makedoniya) — "Samsunspor" (Türkiyə)
"Siqma" (Çexiya) — "Lozanna-Sport" (İsveçrə)
"Noa" (Ermənistan) — "AZ Alkmaar" (Niderland)
"Yagelloniya" (Polşa) — "Fiorentina" (İtaliya)
"Drita" (Kosovo) — "Tsele" (Sloveniya)
"Omoniya" (Kipr) — "Riyeka" (Xorvatiya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 19 fevralda, cavab görüşləri isə 26 fevralda baş tutacaq. UEFA Konfrans Liqasının hazırkı qalibi Londonun «Çelsi» klubudur.











































































