“Sumqayıt” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Xorvatiya “Osiyek”inə 0:2 hesabı ilə məğlub olub.
Bu, Saşa İliçin baş məşqçi olduğu kollektivin Antalyada üçüncü görüşü olub. Əvvəlki matçlarda Macarıstan "Pakş"ına 1:5, Serbiya "OFK Belqrad"ına 1:4 hesablı məğlubiyyətlər qeydə alınıb.
"Osiyek" isə gün ərzində ikinci yoxlama matçına çıxıb. Xorvatiya komandası günün ilk görüşündə "Qarabağ"a yenilib - 1:3.










































































