Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində "Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun barəsində qərarını elan edib.
Sportnet.az xəbər verir ki, Futbol İntizam Təlimatının (FDT) 57-ci maddəsinə əsasən Komitəyə cəlb olunan keçmiş hücumçu ilə bağlı istintaq yekunlaşıb. Qurum, ona istinad edilən intizam pozuntusunun tərkib əlamətlərinin formalaşmadığını əsas gətirərək cəza təyin edilməməsinə qərar verib.
Qeyd edək ki, PFDK son 5 il ərzində mərc oynadıqları müəyyən edilən, texniki məsul şəxslər, məşqçilər və regional müşahidəçilərdən ibarət 153 nəfər barəsində sanksiya tətbiq edib. Ahmet Dursun isə barəsində araşdırma aparılan şəxslər arasında cəzasız qalan nadir adlardan biri olub.
Komitənin qərarında vurğulanıb ki, Ahmet Dursunla bağlı irəli sürülən ittihamlar intizam məsuliyyəti yaratmaq üçün kifayət qədər sübutla təsdiqlənməyib.
2009-cu il fevralın 2-dən iyunun 30-dək "Xəzər Lənkəran”da çıxış edib. O, 10 oyunda 5 qol vurub.











































































