İtaliya A Seriyasının XXI turunda "Yuventus" "Kalyari"nin qonağı olub.
Sportnet.az-ın məlumatına görə, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu "Kalyari"nin yarımmüdafiəçisi Luka Matsitelli 65-ci dəqiqədə vurub.
Bu məğlubiyyətdən sonra “Yuventus” 21 oyundan 39 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Kalyari” isə 22 xalla 13-cü sıradadır. Cədvəlin zirvəsində 49 xalla “İnter” yer alır.
Növbəti turda “Yuventus” “Napoli” ilə, “Kalyari" "Fiorentina" ilə qarşılaşacaq.











































































