İngiltərənin “Çelsi” klubunun sabiq baş məşqçisi Entso Marseka İspaniya təmsilçisi “Real Madrid”in sükanı arxasına keçə bilər.
Sportnet.az "Sky Sport Germany"yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid təmsilçisinin müvafiq vəzifəsi üçün nəzərdən keçirilən namizədlər siyahısına daxil edilib.
"Kral klubu" üçün əsas prioritet hələ də Zinəddin Zidandır. Lakin fransalı mütəxəssislə “Real Madrid”in prezidenti Florentino Peres arasındakı münasibətlər əvvəlki qədər möhkəm deyil. Bundan başqa, Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin başına keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, Entso Marseka 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarınadək İngiltərənin “Çelsi” klubuna rəhbərlik edib. Onun dönəmində London təmsilçisi Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.












































































