Almaniyanın "Ayntraxt" klubu Dino Topmölleri baş məşqçi postundan istefaya göndərib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Franktfurt təmsilçisinə rəhbərlik gənclərdən ibarət komandanın baş məşqçisi Dennis Şmitt və U-19 komandasının məşqçisi Aleksander Mayerə tapşırılıb. Lakin aparıcı rolu Şmitt oynayacaq.
Qeyd edək ki, yeni məşqçilər heyətinin ilk sınağı yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"a qarşı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.













































































