Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen tezliklə komandasını dəyişəcək.
Sportnet.az-ın "Marca" nəşrinə istinadən məlumatına görə, İspaniyanın “Barselona” və “Jirona” klubları təcrübəli qolkiperin 30 iyunadək icarəsi barədə razılığa gəlib.
Hazırda yalnız müqavilələrin hazırlanıb imzalanması qalıb.
Son anda gözlənilməz hallar baş verməsə, ter Ştegen artıq La Liqanın XXI turunda “Xetafe” ilə oyunda “Jirona”nın heyətində meydançaya çıxa biləcək. Həmçinin bildirilir ki, müqaviləni riskə atmamaq üçün UEFA Çempionlar Liqasında “Barselona”nın Çexiyada “Slaviya Praqa” ilə oyununda qapıçıya çağırış göndərilməyə bilər.
İcarə müddətində ter Ştegenin maaşının böyük hissəsini “Barselona” ödəməyə davam edəcək. Bu, onun illik 17 milyon avroluq maaşının yeni klubu üçün çox yüksək olması ilə izah edilir.











































































