Portuqaliya milli komandasının keçmiş futbolçusu Ruben Semedu zorlamada ittiham olunub.
Sportnet.az "Record" nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Pássaro Negro ləqəbli qadın Semedunun onu evinə dəvət edərək kobud davranmasını iddia edən yazılar paylaşıb.
Qadın yazıb: “O dedi ki, məni vuracaq. Evində nəyə görəsə xeyli dostu var idi. Soruşdu, içki istərəmmi? Şükür ki, mən spirtli içki içmirəm. Bilirəm, sən mənim paylaşımlarımı izləyirsən. Sən heç nəyi bacarmırsan. Pis insansan. Heç yerə yaramırsan".
Xatırladaq ki, Ruben Semedu 2021-ci ildə Yunanıstanda zorlamada ittiham olunaraq həbs edilib. Zərərçəkənin ifadələrinə əsasən, zərərçəkmişin ifadəsinə əsasən 27 yaşlı müdafiəçi Oroposdakı bir bardə onunla görüşərək içirdib, Qlifaddakı evinə aparıb və orada agenti ilə birlikdə zorlayıb.















































































