AFFA İntizam Komitəsinin iclasında 2 kluba texniki məğlubiyyət verilib.
Sportnet.az-ın məlumatına görə, AFFA Region Liqasında keçirilməli olan “Bakı TFK” – “Xan Çinar” oyununun yerli komanda təyin edilən vaxtda meydanda olmayıb.
Buna görə “Baku TFK”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında keçirilən “Qaradağ Lökbatan”- MOİK oyununda isə yerli komandanın heyətində protokolda adı qeyd edilməyən futbolçu aşkar edilib.
Nəticədə “Qaradağ Lökbatan” a 0:3 hesablı texniki məğlubiyyət verilib.










































































