Türkiyənin “Beşiktaş” klubu İngiltərə “Liverpul”unun futbolçusu Konstantinos Tsimikasın transferi ilə bağlı tam razılıq əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna X sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “qara-ağlar” hazırda Tsimikas və İtaliya “Latsio”sunun futbolçusu Nunu Tavares arasında seçim edir. Klubun yekun qərarını növbəti 24 – 48 saat ərzində verməsi gözlənilir.
“Beşiktaş” eyni zamanda “Liverpul”un qapıçısı Giorgi Mamardaşvilini mövsümün sonunadək 2 milyon avro qarşılığında icarəyə götürməyi təklif edib. Razılaşmaya icarə müddətinin uzadılması variantı da daxildir.
Xatırladaq ki, Konstantinos Tsimikas ötən yaydan “Roma”da icarə əsasında çıxış edir. Yunanıstan millisinin üzvü cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili isə bu mövsüm 11 matçda forma geyinib, onlardan 3-də qapısını toxunulmaz saxlayıb.












































































