Almaniya “Verder”i baş məşqçi Horst Şteffenlə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qərar Bundesliqanın XX turunda “Borussiya Mönhenqladbax" ilə 1:1 hesablı heç-heçə ilə bitən oyundan sonra verilib.
Bremen təmsilçisi yeni baş məşqçi axtarışına başlayıb və bu məsələdə tələsməyəcək. Müvəqqəti olaraq komandaya məşqçi köməkçiləri Rafael Duarte və Kristian Qross rəhbərlik edəcəklər.
Qeyd edək ki, Horst Şteffen “Verder”ə ötən yay “Elversberq”dən keçib. Onun rəhbərliyi altında komanda Bundesliqada 20 oyun keçirib, 4 qələbə qazanıb, 7 heç-heçə edib və 9 məğlubiyyətlə üzləşib. Bremen təmsilçisi hazırda 10 oyundur qələbə qazana bilmir və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.










































































