Belçikanın “Anderlext” klubunun rəhbərliyi baş məşqçi Besnik Hasini vəzifəsindən azad edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərara əsas səbəb son həftələrdə qeydə alınan uğursuz nəticələr olub.
Komandanın “Standard”a 0:2 hesablı məğlubiyyəti istefanın kulminasiya nöqtəsi sayılır. Klub rəhbərliyi, xüsusilə autsayder “Dender”lə heç-heçədən sonra nümayiş etdirilən oyunu qəbuledilməz hesab edib.
Klub son turlarda mümkün 15 xaldan cəmi 2-ni toplayıb və Belçika çempionatında keçirdiyi son 7 oyunda yalnız bir qələbə qazanıb.
Xatırladaq ki, “Anderlext” Belçikanın beynəlxalq arenada ən uğurlu klubudur. Komanda tarixində ümumilikdə 5 avrokubok (2 Kuboklar Kuboku, 1 UEFA Kuboku və 2 UEFA Superkuboku) qazanıb.














































































