"Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis cavab matçında daha fərqli oynamağa çalışacaqlarını bildirib: "Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq".








































































