"4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un məşqçisi Ruslan Abışov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi Kurban Berdıyev və köməkçi-məşqçi Yunis Hüseynovun yoxluğunda media önünə çıxan gənc mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda "Karvan-Yevlax"la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq".
Abışov avrokuboklara vəsiqə qazanmaq üçün bu turnirdə də uğurlu nəticələr qazanmağa çalışacaqlarını diqqətə çatdırıb: "Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik".






































































