"FOX Sports" Səudiyyə Ərəbistanının Pro Liqası ilə əməkdaşlığı dayandıran ilk böyük beynəlxalq yayımçı olub.
Sportnet.az-ın "Speedline" nəşrinə istinadən məlumatına görə, bu qərar Kriştianu Ronaldunun ətrafında yaranmış vəziyyət fonunda qəbul edilib.
Qeyd olunur ki, bu addımın nəticələri liqa üçün son dərəcə ciddi ola bilər. Mövcud məlumatlara əsasən, Səudiyyə Pro Liqası qlobal media və kommersiya layihələri ilə bağlı təxminən 2,4 milyard dollar həcmində zərərə məruz qalıb.
Mənbə bildirir ki, baş verənlər liqanın beynəlxalq imici baxımından dönüş nöqtəsinə çevrilə bilər və ətrafında cərəyan edən hadisələr dünya futbol ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.
Xatırladaq ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında həyata keçirilən son transfer siyasətindən narazı qaldığı üçün “Əl-Nəsr”in matçlarını boykot edir.










































































