İtaliyanın “Juventus” klubu futbolçusu Kenan Yıldız və onun nümayəndələri ilə yeni uzunmüddətli müqaviləyə dair razılığa gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində paylaşım edib.
Türkiyə millisinin yarımmüdafiəçisi onu klubun ən yüksək ödənişli futbolçularından birinə çevirəcək sözləşməyə imza atmağa söz verib.
Yeni anlaşma 4 il müddətinə nəzərdə tutulub.
20 yaşlı vinger 2022-ci ilin yayında Almaniya “Bavariya"sından azad agent kimi Turin təmsilçisinin gənclər komandasına keçib. Cari mövsümdə Yıldız bütün turnirlərdə 31 matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.














































































