İspaniya “Real Madrid”inin baş məşqçisi Alvaro Arbeloa La Liqanın XXIII turunda “Valensiya” ilə səfər matçından sonra Kilian Mbappe ilə Kriştianu Ronaldunu müqayisə edib.
Sportnet.az xəbər verir ki, Arbeloa komandasının iki cavabsız qolundan birini vuran Mbappenin hazırda dünyanın ən yaxşı oyunçusu olduğunu iddia edib.
43 yaşlı mütəxəssisin fikrincə, fransalı hücumçu bunu gündən-günə, oyundan-oyuna sübuta yetirir: "Ronaldu burada uzun illər çıxış etdi və onun nailiyyətləri qeyri-adi görünürdü, sanki heç kim buna çatmaz. Mbappenin qarşısında isə hələ uzun yol var, amma onun bütün imkanları var ki, Ronaldunun izindən getsin və bəlkə də onu keçsin. Bunu edə biləcək biri varsa, o da Kiliandır".
Qeyd edək ki, hazırda “Real Madrid” 57 xalla La Liqada 2-ci pillədədir və lider “Barselona”dan yalnız 1 xal geri qalır.















































































