İngiltərə “Tottenhem”inin baş məşqçisi Tomas Frank istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar Premyer Liqada XXVI turun "Nyukasl"a 1:2 hesablı məğlubiyyətlə bitən ev oyunundan sonra verilib.
Frank London komandasına 2025-ci ilin iyununda baş məşqçi təyin olunub. "Tottenhem" Premyer Liqadakı son 8 oyunda qələbə qazana bilməyib. London klubu 2025/2026 mövsümündə 26 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Əvəzində komanda Çempionlar Liqasında əsas mərhələni 8 oyundan 17 xalla 4-cü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.







































































