Bu gün "Bakı” 2013/2014 mövsümündə son məşqini keçirib. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, baş məşqçi Milinko Pantiç hazırlıq zamanı futbolçularını bir o qədər də yormayıb.
Hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən "zolaqlılar” bununla hazırlığı başa vurublar. Zədəsini müalicə etdirən Ruben Qonzales isə məşqdə iştirak etməyib.
Qeyd edək ki, "Bakı" sabah saat 17:00 da mövsümün son oyununda, "Rəvan" klubu ilə qarşılaşacaq və komanda bu matçdan sonra iyunun 25-dək istirahətə yollanacaq.