Azərbaycan Premyer Liqasında XX turun bütün təyinatları müəyyənləşib.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Kəpəz" və "Neftçi" arasında keçiriləcək tarixi derbini baş hakim Əli Əliyev idarə edəcək.
FIFA referilərindən baş hakim qismində Elçin Məsiyev və Tural Qurbanov iş başında olacaq. Məsiyev "Araz-Naxçıvan" - "Sumqayıt", Qurbanov "Şamaxı" - "Turan Tovuz" oyununda əsas söz sahibi olacaq.
Əvəzində Əliyar Ağayev "İmişli" - "Qarabağ" görüşündə VAR-da oturacaq. XIX turun "Şamaxı" - "Qarabağ" görüşündə qonaq komandanın futbolçusu Bəhlul Mustafazadəyə ikinci sarı vərəqəni verməyən Kamal Umudlu isə məcburi istirahətə göndəriləcək.
14 fevral (şənbə)
14:30. “İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu
17:00. “Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu
15 fevral (bazar)
14:30. “Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu
17:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Liv Bona Dea Arena"
16 fevral (bazar ertəsi)
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu.






































































