İngiltərə "Tottenhem"inin baş məşqçi postuna İqor Tudor təyin edilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis mövsümün sonunadək “mahmızlar”a rəhbərlik edəcək.
Klubun açıqlamasında qeyd olunub: “İqor bizə aydın məqsədlə qoşulur: nəticələri yaxşılaşdırmaq, uğur qazanmaq və Premyer Liqanın turnir cədvəlində yüksəlmək. Onun vəzifəsi sadədir – mövsümün həlledici mərhələsində komandaya nizam-intizam, intensivlik və rəqabət qabiliyyəti gətirmək”.
47 yaşlı mütəxəssis daha əvvəl İtaliyanın "Yuventus", "Latsio" və "Verona", eləcə də Fransanın "Marsel" komandalarına rəhbərlik edib.
Qeyd edək ki, 26 turdan sonra “Tottenhem” 29 xalla 16-cı pillədə qərarlaşıb.













































































