UEFA Çempionlar Liqasında "Qarabağ" və İngiltərə "Nyukasl"ı arasında keçiriləcək pley-off mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı Norveçdən olan referi Espen Eskas idarə edəcək.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də başlanacaq.













































































