UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk 4 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda Türkiyənin "Qalatasaray" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.
İstanbuldakı "Rams Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:2.
"Sarı-qırmızılar" ilk yarıda 1:2 hesabı ilə geri düşsələr də, fasilədən sonra daha 4 qolla rəqibini darmadağın edib. Son 2 top rəqib azlıqda olduğu vaxt vurulib.
Qalan oyunlarda gözlənilməz nəticələr qeydə alınmayıb. İtaliyanın daha bir təmsilçisi "Atalanta" Almaniyada "Borussiya Dortmund"a 2 cavabsız topla yenilib.
Çempionlar Liqasının son qalibi PSJ Fransanın digər təmsilçisi "Monako"nu səfərdə məğlub edib - 3:2.
Turnirin 15 qat qalibi İspaniya "Real Madrid"i isə Portuqaliyada "Benfika"ya tək qolla qalib gəlib - 1:0.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 fevral
21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) - 5:2
Qollar: Qabriel Sara, 15. Noa Lanq, 49; 75. Davinson Sançes, 60. Saşa Boe, 86 - Tyon Kopmeyners, 16; 32
Qırmızı vərəqə: Xuan Kabal, 67 ("Yuventus")
00:00. "Monako" (Fransa) - PSJ (Fransa) - 2:3
Qollar: Folarin Baloqan, 1; 18 - Dezire Due, 29; 67. Aşraf Hakimi, 41
İstifadə olunmamış penalti: Vitinya, 22 (PSJ)
Qırmızı vərəqə: Aleksandr Qolovin, 48 ("Monako")
00:00. "Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya) - 0:1
Qol: Vinisius Junior, 50
Qırmızı vərəqə: Joze Mourinyo, 85 ("Benfika")
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Atalanta" (İtaliya) - 2:0
Qollar: Seru Girassi, 3. Maksimilian Bayer, 42
Cavab görüşləri fevralın 25-də olacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" pley-off mərhələsində ilk oyununu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərə "Nyukasl"ına qarşı keçirəcək. Cavab matçı fevralın 24-də baş tutacaq.













































































