İspaniya La Liqasının 2025/2026 mövsümünün XXIV turunda “Jirona” sensasiyalı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi doğma meydanda "Barselona"nı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşma Jironadakı "Estadi Municipal de Montilivi" stadionunda keçirilib.
Matçın ilk hissəsinə əlavə olunmuş 45+3-cü dəqiqədə qonaqlar penalti imkanı əldə etsə də, Lamin Yamal zərbəni dəqiq yerinə yetirə bilməyib – top dirəyə dəyib.
59-cu dəqiqədə Pau Kubarsi hesabı açaraq “Barselona”nı önə çıxarıb. Lakin cəmi üç dəqiqə sonra meydan sahibləri cavab veriblər – hesab bərabərləşib.
Oyunun taleyini 87-ci dəqiqədə Fran Beltran həll edib. Onun vurduğu qol “Jirona”ya vacib 3 xal qazandırıb.
90+9-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Xoel Roka Aksel Vitsellə birlikdə Yamalı kobudluqla dayandırdıqları və dava-dalaşa səbəbkar olduğu üçün qırmızı vərəqə alıb.
Bu nəticədən sonra “Jirona” 29 xalla 12-ci pillədə qərarlaşıb. “Barselona” isə 58 xalla ikinci sıradadır.












































































