Azərbaycan Premyer Liqasının hakimləri üçün yeni bonus sistemi nəzərdə tutulur.
Sportnet.az-ın məlumatına görə, bu barədə baş katib Cahangir Fərəcullayev AFFA İcraiyyə Komitəsinin iclasında təqdimatla çıxış edib.
Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiqlənib.







































































