“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mərkəz müdafiəçisi Qodfred Boaki İngiltərənin “Birmingem” klubundan icarəyə götürülüb.
Anlaşmanın müddəti 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.
Xatırladaq ki, “Birmingem”in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət kollektivi ilə yanaşı, Finlandiyanın “İnter Turku" komandasında da çıxış edib.













































































