Azərbaycan Premyer Liqasında XXI turun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Volkov “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.
Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. O, Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.
Qeyd edək ki, Davit Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.

















































































