FIFA 2026-cı il dünya çempionatının posterini təqdim edib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, posterin hazırlanması üçün 3 rəssam birləşib.
Bunlar Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Henk Uillis Tomas (ABŞ) olub.
“Turnirin rəsmi posteri bu unikal anın əməkdaşlıq ruhunu, həyəcanını və birliyini tərənnüm edir”, — deyə bildirilib.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyulda tarixdə ilk dəfə 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.














































































